FHN köməksiz qalan 3 nəfəri xilas edib

FHN köməksiz qalan 3 nəfəri xilas edib
  04 Mart 2018    Oxunub:1509
Bakıda 3 nəfər bağlı qapı arxasında köməksiz qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.​

AzVision.az


Teqlər: FHN   Bakı   Ev   Uşaq  





Xəbər lenti