Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
  02 Mart 2018    Oxunub:1990
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, martın 1-də saat 10 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi “Iveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Piyada   DİN  





Xəbər lenti