Bir gündə iki piyada qəzada ölüb

Bir gündə iki piyada qəzada ölüb
  24 Fevral 2018    Oxunub:1800
Fevralın 23-də saat 2 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Elçin Sultanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Digər hadisə Sumqayıt şəhəri ərazisində baş verib. Belə ki, şəhər sakini Kənan Nəsirov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məmməd Balayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN   Piyada   Qəza  





Xəbər lenti