Tovuzda iki nəfər evdə yanaraq ölüb

Tovuzda iki nəfər evdə yanaraq ölüb
  24 Fevral 2018    Oxunub:1768
Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az–a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti