Zaqatalada ərzaq mağazası yanıb

Zaqatalada ərzaq mağazası yanıb
  17 Fevral 2018    Oxunub:2293
Gündüz saatlarında Zaqatalada yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Zaqatala   Mağaza  





Xəbər lenti