Meksikada güclü zəlzələ, nazirin helikopteri qəzaya düşdü

Meksikada güclü zəlzələ, nazirin helikopteri qəzaya düşdü
  17 Fevral 2018    Oxunub:2260
Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ olub.
AzVision.az “Rİa Novbosti”yə istinadən xəbər verir ki, zəlzələnin episentri Pinotepa de Don Luis şəhərindən 30 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Təbii fəlakət zonasına gedən daxili işlər naziri Alfonso Naverrete və Oaxaka ştatının qubernatoru Alenxandro Muratın olduğu helkiopter qəzaya uğrayıb.

İlkin məlumatlara görə, helikopter eniş öncəsi 30 metr hündürlükdən avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində yerdə olan bir neçə nəfər həlak olub. Nazir və qubernator isə xəsarət almayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Meksika   Zəlzələ  





Xəbər lenti