Goranboyda kütləvi dava: Ölən və yaralılar var

Goranboyda kütləvi dava: Ölən və yaralılar var
  05 Yanvar 2018    Oxunub:1747
Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.
AzVision.az APA-ya istinadən xəbr verir ki, dava zamanı bir neçə nəfər bıçaqlanıb. Qətlə yetirilənin olduğu bildirilir. Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Kütləvi dava zamanı bıçaq xəsarətləri alanlardan iki nəfərin kimliyi bəlli olub. Onlar Dəliməmmədli qəsəbə sakinləri 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğlu və 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Goranboy   Dava  





Xəbər lenti