Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib

Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib
  26 Dekabr 2017    Oxunub:1660
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyindəki ilk məsələ Milli Məclisin deputatı Elmira Axundovanın “Kriminal.az” saytına qarşı şikayəti olub. Sayta xəbərdarlıq edilib və gələcəkdə məsələlərə həssas yanaşmaq tövsiyə olunub.

“Dosye.az” və “Vetenperverler.az” saytlarına qarşı edilmiş şikayət əsasında “Vetenperverler.az”a xəbərdarlıq olunub. “Dosye.az” saytı ilə əlaqədar toplanmış materialların isə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəy çıxarılıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti əsasında “Gundemxeber.az” saytının adı “qara siyahı”ya salınıb. “Anaxeber.com” saytı ilə bağlı çıxarılmış rəyə əsasən sözügedən sayta qarşı tərəfin mövqeyini əks etdirən mətni yayımlama tövsiyə edilib.

“Amerikapress.com”un qarşı tərəfin mövqeyinə etinasız yanaşması nəzərə alınaraq sayta xəbərdarlıq edilib. “Təzadlar” qəzetinə qarşı şikayət əsassız sayılıb.

“Reallıq.info” saytı ilə bağlı şikayətinin müzakirəsinin yekununda rəyə gəlinib ki, sözügedən saytla əlaqədar materialların hüquq-mühafizə orqanlarına göndərilməsinə ehtiyac var.

AzVision.az


Teqlər: Mətbuat-Şurası  





Xəbər lenti