Ruslar ən kobud, belçikalılar isə ən nəzakətli turistlərdir

Ruslar ən kobud, belçikalılar isə ən nəzakətli turistlərdir
  23 Sentyabr 2013    Oxunub:1171
2013-cü ilin yay fəslini turist səfərlərində keçirən avropalılar arasında aparılan rəy sorğusuna əsasən, ruslar Avropanın ən kobud və səs-küylü turistləri hesab olunublar.
Avropanın 20 ölkəsindən 12 min turistin iştirak etdiyi sorğu əsasında hazırlanan siyahıda kobudluqlarına görə ruslardan bir o qədər də geridə qalmayan almanlar ikinci yeri tuturlar.

Özündən tez çıxan britaniyalı turistlər üçüncü, tələbkar fransızlar isə dördüncü yerdə qərarlaşıblar.

Nəzakətli turistlərin siyahısına isə xoş rəftarlarına və mülayim xasiyyətlərinə görə fərqlənən belçikalılar başçılıq edirlər. Skandinaviya ölkələrinin turistləri ikinci, yunanlar isə üçüncü yeri tuturlar.




Teqlər:  





Xəbər lenti