“Stalinqrad” filmi Oskara namizəd oldu - VİDEO

“Stalinqrad” filmi Oskara namizəd oldu - VİDEO
  22 Sentyabr 2013    Oxunub:2182
İkinci Dünya Müharibəsindən bəhs edən Oskara namizəd göstərilib.
Rusiyanın məşhur rejissoru Fyodr Bondarçukun çəkdiyi “Stalinqrad” filmi Oskara namizəd göstərilib. AzVision.az xəbər verir ki, bu barədə Oskar Komissiya üzvi Yevgeni Gidilis məlumat verib.

İkinci Dünya Müharibəsindən bəhs edən filmdə SSRİ-nin Stalinqrad şəhərində baş verən qarşıdurmaları özündə əks etdirir. Filmin büdcəsi isə 30 milyon dollardır.

Stalinqrad döyüşündə nələr baş verib?

1942-ci ildə Adolf Hitler başda Azərbaycan olmaqla Qafqaz petrol qaynaqlarını və SSRİ-nin Volqa çayı sahilində yerləşən sənayesini nəzarətə almaq üçün 6-cı ordusunu Stalinqrad bölgəsinə göndərdi.

Qarşıdurma 17 sentyabr 1942-ci ildə başlasa da, Sovet ordusu 19 noyabrda hücuma keçdi. 1943-cü il fevralın 2-də 300 min alman əsgərini Sovet ordusu əsir aldı və Stalinqrad döyüşü Almaniyanın İkinci Dünya Müharibəsində uduzmağa başladığı tarix kimi göstərilir.



Sevinc




Teqlər:  





Xəbər lenti