Xızı 191 ədəd hərbi sursat aşkarlanıb

Xızı 191 ədəd hərbi sursat aşkarlanıb
  26 Noyabr 2017    Oxunub:1643
Noyabr 25-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Xızı rayonu ərazisində yerləşən hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar birgə təmizləmə əməliyyatları keçiriblər.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, hərbi hissənin ətrafına baxış zamanı 191 ədəd partlamamış hərbi sursat, 163 ədəd partlamış-yanmış mərmi qalıqları və 412 kiloqram yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 337, 5 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumiyyətlə, 80 gün ərzində 12 evə, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin və 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə və bir sıra digər obyektlərə, həmçinin Bakı-Novorossiysk neft kəmərinin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə baxış keçirilib, 20 min 95 ədəd partlamamış hərbi sursat, 9 min 636 ədəd partlamış-yanmış sursat qalıqları və 70 min 830 kiloqram yandırma məhsulu aşkar edilib. Həmin müddətdə yoxlanılan ərazi 70 milyon 936 min 762 kvadratmetr (7 min 094 hektar) təşkil edib.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsinin, Sitalçay, Yeni Yaşma, Şurabad kəndlərinin 8 min 868 nəfər yerli sakini arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işi aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti