Medvedyev Azərbaycanı rəqib görür

Medvedyev Azərbaycanı rəqib görür
  20 Sentyabr 2013    Oxunub:1020
"Azərbaycan enerji sahəsində aparıcı oyunçulardan biridir"
Rusiyanın Baş naziri Dmitri Medvedyev hesab edir ki, Rusiya ilə Azərbaycan bir sıra məsələlərlə bağlı mövqelərini razılaşdırmalıdır. Baş nazir bildirib ki, Rusiya hökuməti rəqabəti nəzərə alaraq, bütün mümkün tədbirlərdən istifadə edəcək:

"Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. Biz tərəfdaşıq, bütün istiqamətlər üzrə əməkdaşlığımızı inkişaf etdiririk. Belə olub, belədir və belə də olacaq" deyən Medvedyev əsas diqqəti enerji sahəsinə yönəldib və Azərbaycanın beynəlxalq bazarda Rusiya üçün bir rəqib olduğunu etiraf edib:

"Əlbəttə, bəzi məqamlarda biz rəqib olacağıq. Beynəlxalq rəqabət normal bir şeydir. Amma ölkələrimiz arasında mövcud olan tarixi münasibətlərimizi və bir sıra iqtisadi vəzifələr üçün razılaşdırılmış xəttin aparılmasının vacibliyini nəzərə alsaq, məncə, biz razılaşa bilərik. Ən azı Rusiya hökuməti bunun üçün əlindən gələni edəcək və ümid edirəm ki, azərbaycanlı həmkarlarımız da bu mövqedən çıxış edəcək".

S.Həsənova


Teqlər:  





Xəbər lenti