Seçki Komissiyasında kart oynamağın axırı

Seçki Komissiyasında kart oynamağın axırı
  20 Sentyabr 2013    Oxunub:1169
Komissiya sədri 1 il ərzində iş vaxtının 281 saatını komputerdə kart oynamağa sərf edib.
Yaponiyada Senna şəhərinin Seçki Komisiyasının sədri iş yerində kompüterdə kart oynadığı üçün 7600 dollar cərimə olunub. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onun kart oynadığını işçilərindən biri görüb və rəhbərliyə xəbər edib. Bundan sonra isə, komissiyada yoxlamalar başlanılıb və məlum olub ki, komissiya sədri 1 il ərzində iş vaxtının 281 saatını komputerdə kart oynamağa sərf edib.

İndi isə o, cəza olaraq, bir neçə ay ərzində aldığı maaşın onda bir hissəsini cərimə ödəməli olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti