Türkiyədə 45 məmur həbs edilib

Türkiyədə 45 məmur həbs edilib
  20 Sentyabr 2013    Oxunub:1164
Türkiyə polisi bu gün bir sıra dövlət məmurlarının həbsi üzrə əməliyyat həyata keçirib
Musavat.com Anadolu agentliyinə istinadla xəbər verir ki, onlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə eləməkdə və özəl şirkətlərlə iş birliyi üzrə anlaşmaların yekunlarını saxtalaşdırmaqda günahlandırılırlar.

Xəbər verilir ki, polis 45 nəfəri qandallayıb. Onların arasında yüksək vəzifəli hərbi məmurlar da var. Saxlanılanlar təhlükəsizlik üzrə baş direktorluğunun maliyyə cinayətləri şöbəsinə təhvil veriliblər.


Teqlər:





Xəbər lenti