Bəşər Əsəd Rusiyaya təşəkkür etdi

Bəşər Əsəd Rusiyaya təşəkkür etdi
  19 Sentyabr 2013    Oxunub:1192
Suriya prezidenti Bəşər Əsəd terrorla mübarizəyə dəstək verdiyi üçün Rusiyaya təşəkkür edib.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə Dəməşqdə bir araya gələn Əsəd bildirib ki, Moskvanın tutduğu mövqe həm region, həm də münaqişəyə dolayı yolla cəlb olmuş dövlətlər üçün böyük əhəmiyyət kəsb edir.

Rus diplomat Suriyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Vəlid Muallim ilə də görüşüb. Tərəflər Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında əldə olunan razılaşmanın detallarını müzakirə edib. Ryabkov bir daha bəyan edib ki, Dəməşq qəbul olunmuş razılaşmanın şərtlərinə vaxtında əməl etməlidir.

S.Həzənova


Teqlər:





Xəbər lenti