İtaliyan oğrular həbsxana soydu

İtaliyan oğrular həbsxana soydu
  19 Sentyabr 2013    Oxunub:1201
Oğrular İtaliyanın şimalında yerləşən Paviya şəhərindəki həbsxanadan pul oğurlayıblar.
AzVision.az xəbər verir ki, oğrular həbsxananın seyfini aparıblar. Belə ki, gecə yarısı cinayətkarlar kameralardan asanlıqla yayınaraq həbsxana direktorunun ofisinə girib oradakı seyfi oğurlayıblar. Zərərçəkənin məlumatına görə, oğurlanmış seyfdə beş min avro olub. Polis hadisəni araşdırmağa başlayıb.

2013-cü ilin yayında qonşu İsveçrənin Cenevrə şəhərindəki həbsxana soyulmuşdu. Amma oğrular həbsxananı günorta çağı soymuşdular.

AzVision.az


Teqlər:  





Xəbər lenti