Həsən Ruhanidən böyük jest

Həsən Ruhanidən böyük jest
  19 Sentyabr 2013    Oxunub:1217
İranda 2009-cu il prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları zamanı həbs olunan və aralarında 2008-ci il Nobel Sülh mükafatı laureatı, hüquq müdafiəçisi Nəsrin Sutudənin də olduğu bir çox siyasi məhbus azadlığa buraxılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin iyununda keçirilən prezident seçkilərində Həsən Ruhaninin qələbə qazanmasından sonra İranda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.

İSNA xəbər agentliyinin yaydığı məlumata görə, azad olunan siyasi məhbuslar arasında eks prezident Məhəmməd Hatəmi dövrünün xarici işlər naziri Muhsin Əminzadə, Feyzullah Arabşori, Mir Tahir Musəvi, Mehdi Mahmudiyan, Həsən Zərrinpur, Məhbubə Kərimi, Məryəm Cəlili, Mitra Rəhimli, Fərah Vazihan, Kifayət Mələkməhəmmədi və başqaları da var.

Xatırladaq ki, İranda 2009-cu ildə keçirilən və Mahmud Əhmədinejatın ikinci dəfə prezident seçildiyi seçkilərdən sonra islahatçı namizəd, əslən Cənubi Azərbaycandan olan Mir Hüseyn Musəvi tərəfdarları nəticələrinin saxtalaşdırıldığını bildirib və genişmiqyaslı etiraz aksiyalarına start verilmişdi. Nobel Sülh mükafatının sahibi, hüquqşünas xanım Sutudə və digər fəallar da məhz bu aksiyalara qatıldıqları və dəstək verdikləri üçün həbs olunmuşdular. Nümayişlərə rəhbərlik edən Mir Hüseyn Musəvi isə hələ də ev həbsində saxlanılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti