MTRŞ sədri: “Bəzi aparıcılar özünü savadlı göstərir” - (VİDEO)
“Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xaric sözlərdən istifadə edirlər. Bu, düzgün deyil. Məsələ əks effekt verir. Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunun düzgün tələffüz etməmələri ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz də düzgün anlaşılmır”.
O, qeyd edib ki, hər bir aparıcı Azərbycan dilini səlis və mükəmməl bilməlidir: “Bunun üçün nəzarət olmalıdır. Çox təəssüf ki, televiziyalarda bədii şuraların fəaliyyəti hiss olunmur”.
N. Məhhərrəmli bildirib ki, MTRŞ telekanallar qarşısında Azərbaycan dilinin xüsusi çəkisinin 75 faizə çatdırılması tələbini qoyub və qısa müddətdə buna nail olunub: "Daha sonra verilişlərdə Ana dilinin çəkisinin 100 faizə çatdırılması tələbi qoyuldu və buna da nail olundu. Növbəti mərhələ ədəbi dilin qorunması və inkişafı ilə bağlıdır. Artıq bu istiqamətdə də bir sıra işlər görülüb və görülməkdədir. İlkin monitorinqlərin nəticələri çox narahatlıq doğururdu. Dilçi alimlərimiz bu monitorinqlərlə bağlı ümumiləşdirmə apardılar. Birinci problem danışıq dilinin ədəbi dillə eyniləşdirilməsi ilə bağlı idi. Televiziya şivələr, ləhcələr və digər məqamlar yer alıb. Bunu aradan qaldırmaq lazımdır. Biz ədəbi dili bir ləhcə əsasında yox, ədəbi dil normaları əsasında öyrənirik. Çox təəssüf ki, telekanallarımzda bu normalar hələ də pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməlidirlər".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: MTRŞ