AFFA menecerləri işə dəvət edir

AFFA menecerləri işə dəvət edir
  12 Sentyabr 2013    Oxunub:1490
AFFA yeni layihələrdə işləmək üçün menecerləri işə dəvət edir.
AzVision.az-a AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, yüksək əmək haqqı nəzərdə tutulan bu vəzifələrdə işləmək istəyənlər sentyabr ayının 30-na qədər CV-ni bu ünvana göndərə bilər: [email protected]

Namizədlər üçün tələb olunan şərtlər

1. İdarəetmə və yaxud biznesin təşkili sahəsində ali təhsili olmalıdır
2. Ən azı 2 dil bilməlidir
3. Minimum 2 illik iş təcrübəsinə malik olmalıdır
4. Ünsiyyətçil olmalıdır
5. Futbola və ya digər idman növlərinə marağı olmalıdır

Qeyd: Məqbul hesab olunan namizədlər müsahibədən uğurla keçəcəkləri təqdirdə işə qəbul olunacaq və AFFA tərəfindən ixtisaslarını artırmaq üçün xarici ölkəyə seminara göndəriləcək.

Əlavə məlumat üçün əlaqələndirici şəxs: Səbinə Hüseynova
012 404 27 77 (daxili 12 01)

İş günləri: saat 9:00-dan 18:00-dək (nahar fasiləsi saat 13:00-dan 14:00-dək)



Teqlər:





Xəbər lenti