Cənubi Koreyada "Anyanq" və "Korean Polsi" klubları arasında oynanılan matçda iki gülməli və bir o qədər də təəccübləndirici epizodlar yaşanıb.
Ev sahiblərinin futbolçusu topu bomboş qapıdan keçirə bilməyib. Ancaq şanssızlıq bununla da bitməyib. Sözügedən klubun oyunçulardan biri qapıçılarının bir qədər irəli də olduğunu görməyərək öz qapısına qol vurub.(qol.az)