Ötən gün 73 cinayət törədilib

Ötən gün 73 cinayət törədilib
  14 Avqust 2017    Oxunub:1144
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti