Voleybolçu qızlarımız üçün son şans
C qrupunda çıxış edən yığmamız Drezden şəhərində keçirdiyi ilk 2 oyunda xalsız qaldığı üçün Rusiya ilə bugünkü matç həlledici olacaq.
Faiq Qarayevin yetirmələri qrup lideri ilə görüşdə 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməlidir. Əks hlada komandamız qrupda qalacaq və Avropa çempionatı bizim üçün erkən bitəcək.
Lakin millimiz üçün təkcə qələbə qazanmaq da yetərli deyil. Çünki günün ilk oyununda meydana çıxacaq Belarusla Xorvatiya arasında qarşılaşmada 3:2 hesabı qeydə alınarsa, millimizin oyunu bizim üçün formal xarakter daşıyacaq. Komandamız qalib gəlməli və digər oyunda 3:0 hesabının qeydə alınmasına ümid etməlidir. Özü də bu qələbə Xorvatiyadan gəlməlidir. Belarus qələbə qazanacağı halda isə millimiz matçı 3 setdə bitirməlidir. Lakin belə olan halda da topların hesablanması işə düşəcək.
Qeyd edək ki, yığmamız Xorvatiyaya 0:3, Belarusa 1:3 hesabı ilə uduzub.(apasport.az)
III tur
C qrupu
8 sentyabr
18:00. Belarus – Xorvatiya
21:00. Rusiya - Azərbaycan
1. Rusiya 2 2 0 6-2 6
2. Xorvatiya 2 1 1 4-3 3
3. Belarus 2 1 1 4-4 3
4. Azərbaycan 2 0 2 1-6 0
Teqlər: