Berti Foqts: "İsrail yığması güclüdür"

Berti Foqts: "İsrail yığması güclüdür"
  07 Sentyabr 2013    Oxunub:1672
"Burada müdafiə futbolu oynamaq fikrində deyilik. Sabahkı oyunda bizim də şansımız var".
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də İsrail yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oyun barədə firiklərini bildirib. AzVision.az xəbər verir ki, baş məşqçi İsrail yığmasının güclü komanda olduğunu bildirib:

"Bununla belə, futbolçularıma inanıram. Rəşad Sadıqovun kapitan kimi liderlik keyfiyyətlərini göstərəcəyinə ümid edirəm. Rəqibin hücum xəttində güclü futbolçuları var. Məhz bu səbəbdən Rəşaddan çox şey asılı olacaq.

Mahir Şükürovdan təkcə hücumda yox, müdafiədə də fəallıq gözləyirəm.

Kamran Bakıdakı oyunda yol verdiyi səhvi təkrarlamamalıdır.
Bizi burada çox yaxşı qarşıladılar. Məşq üçün şərait də yaxşıdır.
İsraildə ilk dəfə 1969-cu ildə olmuşam. Ötən illər ərzində bu ölkənin futbolu inkişaf yolu keçib. Bu seçmə mərhələdə Portuqaliya yığmasına qarşı nümayiş etdirdikləri oyun böyük inkişafın göstəricidir.

Burada müdafiə futbolu oynamaq fikrində deyilik. Sabahkı oyunda bizim də şansımız var".

AzVision.az


Teqlər:





Xəbər lenti