Putin benzinin bahalaşmasına münasibət bildirdi

Putin benzinin bahalaşmasına münasibət bildirdi
  15 İyul 2017    Oxunub:3171
Rusiya prezidenti Vladimir Putin ölkədə benzinin qiymətinin artmasına münasibət bildirib.

AzVision.az xəbər verir ki, Putin bahalaşmanın müxtəlif faktorla əlaqəli olduğunu deyib.
Rusiya prezidenti qeyd edib ki, qiymət artımı ilk növbədə xarici yanacaq bazarının konyukturası ilə bağlıdır: "Əgər bizdə azad bazardırsa, qiymətləri qonşu ölkələrdəkindən fərqli saxlaya bilmərik, əks təqdirdə "dəmir qapılar" düzəltməyə məcburuq".

Putinin sözlərinə görə, Rusiyada benzinin qiyməti qonşu ölkələrdə az olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verir: "Əgər benzinin ölkədən ucuz olduğu üçün çıxarsılmasını istəmiriksə, daxildə qiymətə nəzarət etməliyik".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin   Benzin  





Xəbər lenti