Türkiyədə terror planlaşdıran 18 İŞİD-çi tutulub

Türkiyədə terror planlaşdıran 18 İŞİD-çi tutulub
  14 İyul 2017    Oxunub:1393
Türkiyə təhlükəsizlik qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep vilayətində təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda 18 İŞİD üzvü yaxalanıb.

Saxlanılanlardan 17-si Suriya, 1-i isə İraq vətəndaşıdır.

Araşdırma zamanı saxlanılan şəxslərin 15 iyul günü Türkiyənin müxtəlif şəhərlərində genişmiqyaslı qanlı təxribatlar törətmək istədikləri məlum olub. Belə ki, terrorçular 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı keçiriləcək mitinq və tədbirləri hədəf almağı planlaşdırırdı.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: Türkiyə   İŞİD  





Xəbər lenti