Böyükağa Hacıyevin 40 yaddaqalan sözü

Böyükağa Hacıyevin 40 yaddaqalan sözü
  06 Sentyabr 2013    Oxunub:2418
Böyükağa Hacıyev, gəldi, tarix yazdı və getdi... Ardıcıl iki dəfə Azərbaycan çempionu oldu, ölkə kubokunu qazandı və ən əsası Avropa Liqasının qrup mərhələsinə komanda çıxardı... Və builki məlum “Skenderbeu” oyunlarından sonra baş məşqçi postundan istefa verdi.

Böyükağa Hacıyev işlədiyi dönəmdə sakit durmadı. Daim diqqət mərkəzində qaldı və sözünü hər kəsə açıq şəkildə dedi... Hətta Ramin Musayevə də canlı-canlı müharibə elan etdi... Elə sözlər deyirdi ki, həftələrlə müzakirə olundu. Razılaşaq ki, onun gedişindən sonra Azərbaycan futbolunun duzu-istiottu da qurtarıb...
Belə məqamda onun dediyi vacib cümlələrə nəzər salmağın yeridir.

Böyükağa Hacıyevin 40 seçmə cümləsini təqdim edirik.


1. Mən Jabanı komandama götürmərəm. Çünki o, işlənmiş kartdır.

2. Naxçıvanda iki futbolçu tanıyırlar. Bunlar Pele və Böyükağa Hacıyevdir.

3. Sadıq Sadıqova sən öl vurdum və siqareti atdım.

4. Bernard Raaba kim demişdi ki, arının pətəyinə çöp soxsun?

5.Mourinyo ilə müqayisə olunmağım normal haldır. Amma onda müəyyən çatışmazlıqlar var. Mən futbol
oynamışam, o isə yox.

6. Saat 23.00-da “Neftçi”dən gələcək şad xəbəri gözləyin.

7. Böyükağa Hacıyevi öldürmək olar, sındırmaq olmaz.

8. Yaşar Seyidov sadəcə gəvəzədir!

9. Gəray Qarayevi dinləyəndə ürəyim bulanır. Vaxtı ilə stadiona gübrə verib, indi gəlib futboldan danışırr.

10. Orda nəinki penalti, “poslednıy nadejda foul” kimi qırmızı vərəqə də vardı.

11. “Neftçi”ni çempion etməsəm, gözləmərəm kimsə mənə get desin, özüm gedərəm.

12. Röyaya 24 saat yorulmadan qulaq asaram.

13. Karles Bakes ölkəmizdə qonaqdır.

14. Rednik mənimlə oyuna nənəsini çıxardı. Mənim babam isə sonradan çox insafsız olub ona 5 dənə vurdu.

15. Həmin insanlarla gecə saat 3-də görüşməyə hazıram

16. Denis Silva oynamadı, atdım eşiyə.

17. Belə getsə, Rəşad Sadiqov mənim yanımda oturacaq.

18. Fərid Quliyev “Standard”da bombardir olduqdan sonra mənə yaxınlaşdı ki, Böyük müəllim, yenə bombardir olmaq istəyirəm. Dedim Fərid bəzən həyatda təsadüflər də olur.

19. “Neftçi”dən futbolçu kimi 5 dəfə təklif almışam, heç birini qəbul etməmişəm.

20. Biz sabah qəlbimizdə olan türk bayrağı ilə meydançaya çıxacağıq. Və mən APOEL-in 20 min azarkeşini “Neftçi”li edəcəyəm.

21. Gördüm Aleksandr Starkov mənim oyunuma baxıb qeyd götürür, məni görəndə isə kağızı gizlədir. Dedim brat, bu, hələ başlanğıcdır, kino çempionatda olacaq.

22. "Neftçi" bu gün İtaliya "İnter"inə uduzub. Fələstinə, Hindistana uduzmamışam ki, məni tənqid edəsiniz...

23. Kaxaber Sxadadzeyə dedim ki, cavansan, bu qədər emosianal olma.

24. “Standard”a məğlubiyyətdən sonra “Bakı”nın baş məşqçisi postundan qaçış cığırında istefa vermişəm.

25.Bütün dünyanı gəzmişəm. Çox yeməklər yemişəm. Amma anamın əriştə aşı ilə daş köftəsinin yerini heç nə vermir.

26. “Neftçi” bu gün 2-7-1 taktikası ilə oynayır.

27. Öz postumu Mehman Allahverdiyevə məcmeyidə verməyə hazıram.

28. Soyadım Hacıyev yox, Haciyevski olsaydı məni alqışlayardınız.

29.Mənim “Neftçi”m artıq ölüm maşınıdır.

30.Bu gün iki oğlumu unudub 28 oğlumun arxasınca qaçıram.

31. Oğlumu ona görə evləndirmirəm ki, 20 ildən sonra arvada əl vuranda elə bil, soyuducuya toxunursan.

32. Gəl bu gün səninlə Azərbaycanın neft strategiyasından, regionda maraqlarından danışaq.

33. Mən ancaq əcnəbi məşqçiləri diz çökdürmək üçün yaşayıram.

34. Bu gün “Xəzər Lənkəran”a Yunis Hüseynov rəhbərlik edir. Mən onun oturduğu gəmiyə heç vaxt daş atmaram.

35. Redniki hələ də unutmuram. Onu yuxularımda görürəm, aşkar da görüşmək istərdim.

36. Sadıq Sadıqova dedim ki, sizə desələr ki, zəif içki içir, inanma. Zəif çayxanada oturub, boş-boş danışır, inanma. Əgər desələr ki, zəifin yanında bir gözəl xanım var, buna inan.

37. Kaxaber Sxadadze mənim sinif yoldaşım olub.

38. “Bakı” klubunda elə adamlar ki, mənim getdiyim yeri qılınclayır.

39. Nizamini, Füzulini səhərə qədər oxuyaram, amma doymaram.

40. Mən İqor Mitreskini bağışladım və onun cavanlığını özünə qaytardım.
futbol11.az


Teqlər:





Xəbər lenti