Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb
  30 İyun 2017    Oxunub:3175
Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən 7 milyard ABŞ dolları olub.
AzVision.az xəbər verir ki, bu barədə “2017-ci ilin dövlət büdcəsinə dəyişiklik haqqında” qanun layihəsində məlumat yer alıb.

Qeyd olunub ki, imzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,1 faizini təşkil etmiş, adambaşına düşən xarici dövlət borcu isə 713,5 ABŞ dolları olub. 2017-ci il 1 aprel tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub XBH (Beynəlxalq Vlayuta Fondunun Xüsusi Borcalma Hüquqları) -7,5 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə-76,7 faiz, avro-11,8 faiz, yapon yeni -2,4 faiz, digər valyutalar -1,6 faiz.

Ölkəyə cəlb edilən kreditlərin 32,1 faizini sabit dərəcə ilə olan kreditlər, 67,9 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,3 faizi 10 ilə qədər olan müddətdə, 38,8 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,9 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

İmzalanmış kredit sazişləri üzrə 2017-ci ilin I rübü ərazində 83,2 milyon ABŞ dolları məbləğində vəsait istifadə edilib. 2017-ci il 1 aprel tarixinə dövlətin daxili borcu 7 milyard manat təşkil edib.

Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları (12,241.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil edib.

2016-cı il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 448,7 mln. ABŞ dolları (11 486,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Borc  





Xəbər lenti