Ermənilər prezident sarayını mühasirəyə aldılar – VİDEO

Ermənilər prezident sarayını mühasirəyə aldılar – VİDEO
  04 Sentyabr 2013    Oxunub:1385
Ermənilər bu dəqiqələrdə prezident iqamətgahı qarşısında ölkənin Gömrük İttifaqına qoşulmasına qarşı etiraz aksiyası keçirir.

Belə ki, onlarla aktivist, hüquq müdafiəçiləri Baqramyan prospektində Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz edirlər.

Qeyd edək ki, prezident Serj Sarkisyan ölkənin ittifaqa qoşulması barədə qərara sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə baş tutan danışıqlardan sonra gəlib.

Polislər aksiya iştirakçılarını “canlı sədd”lə mühasirəyə alıblar.

Nümayişçilər hakimiyyətin ünvanına ədəbsiz ifadələr səsləndirib. Hazırda Yerevanın polis rəisi Aşot Karapetyan və müavini Valeri Osipyan aksiyanın baş verdiyi yerdədir.



AzVision.az


Teqlər:  





Xəbər lenti