Rövnəq Abdullayev :`Berti Foqts hələ getmir`

  03 Sentyabr 2013    Oxunub : 577
Rövnəq Abdullayev :`Berti Foqts hələ getmir`
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinə yeni baş məşqçinin gətiriləcəyi məsələsinə aydınlıq gətirib.

R.Abdullayev çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, millinin baş məşqçisi Berti Foqtsun getməsi barədə hələ düşünülmür. Onun sözlərinə görə, milliyə yeni baş məşqçinin gətirilib-gətirilməməsinə dair qərarın verilməsinə hələ ki vaxt var.


R.Abdullayev deyib ki, Azərbaycan millisi növbəti seçmə mərhələyə 2014-cü ilin sonlarında başlayacaq. Buna qədər AFFA-nın indiki baş məşqçinin mənfi və müsbət cəhətlərini təhlil edib müvafiq qərar çıxarmağa vaxtı olacaq.

AFFA prezidenti Qurban Qurbanovun milliyə baş məşqçi postuna gətirilməsi barədə sualı cavablandırarkən bildirib ki, bununla bağlı ad çəkmək hələ tezdir: "Bu məsələyə AFFA-nın İcraiyyə Komitəsi baxacaq və AFFA elə məşqçi seçimi etməlidir ki, milli 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edə bilsin. Çünki Azərbaycan 2016-cı il Avropa çempionatına iddialıdır".

AzVision.az

Teqlər: