Türkiyədə helikopter qəzaası - 13 hərbçi öldü (Yenilənib)

Türkiyədə helikopter qəzaası -
 13 hərbçi öldü (Yenilənib)
  01 İyun 2017    Oxunub:1867
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, rəsmi məlumata görə, içərisində əsgərlərin olduğu helikopter yüksək gərginlikli elektrik xəttinə dəyərək yerə düşüb.

Hadisə yerinə xeyli sayda xilasedici və həkim briqadaları cəlb olunub.

Türkiyənin müdafiə naziri Fikri İşıq hadisə yerinə gedib.

***
Türkiyənin Şırnak vilayətində hərbi helikopter qəzaya uğrayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Cougar” markalı helikopter Şenoba bölgəsində havaya qalxdıqdan 3 dəqiqə sonra yüksək gərginlikli elektrik xəttinə dəyərək yerə düşüb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Qəza nəticəsində ölən və yaralıların olması haqda rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Türkiyə   Helikopter   Qəza  





Xəbər lenti