Neft Fondunun xərcləri 84,6 faiz icra olunub
![Neft Fondunun xərcləri 84,6 faiz icra olunub Neft Fondunun xərcləri 84,6 faiz icra olunub](https://azvision.az/photos/Dövlət-Neft-Fondun_1495539531.jpg)
Fondun xərclərinin 7615,0 milyon manatı və ya 84,6 faizi dövlət büdcəsinə transfertə, 1387,0 milyon manatı və ya 15,4 faizi ölkəmizdə və xaricdə bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə yönləndirilib - (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi, Azərbaycan gənclərinin xarici ölkələrdəki təhsilinin maliyyələşdirilməsi, “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi, “Star” neft emalı kompleksinin tikintisinin maliyyələşdirilməsi).
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Neft-Fondu