Ermənistanda hakim rüşvət alarkən həbs edilib

Ermənistanda hakim rüşvət alarkən həbs edilib
  15 May 2017    Oxunub:884
Ermənistanda Vayotsdzor və Ararat vilayət məhkəmələrinin birinci instansiya məhkəməsinin hakimi həbs olunub.
AzVision.az “news.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xüsusi İstintaq Xidməti yayıb.

Qeyd olunub ki, hakim Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub. Belə ki, Levon Arazyan həbs qətimkan tədbirinin yerinə cərimə hökmü çıxarmaq üçün təqsirləndirilən şəxsdən 600 dollar tələb edib və rüşvəti alarkən həbs edilib.

Razılaşmaya əsasən, pul qərarın çıxarılmasından bir neçə gün sonra təqdim edilməli idi. Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparlır.

Artıq Ədliyyə Şurası Ermənistan prezidenti Serj Sarkisyana hakimin həbsinə razılıq verilməsi ilə bağlı müraciət edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   hakim  





Xəbər lenti