İrəvanda etiraz aksiyası keçirilib - Video

İrəvanda etiraz aksiyası keçirilib - Video
  11 May 2017    Oxunub:1273
Ermənistanda Hökümət binasının qarşısında siyasi məhbuslara görə aksiya keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar hökumətdən siyasi məhbusların azad olunmasını tələb ediblər.

Siyasi aktivist Vardqes Qaspar deyib: "İki il öncə kriminal cinayyətkarlar Ermənistanda, "Harsnakar"da toplantı keçirmişdilər. Polis rəisi Vova Qasparyan onlara "biz nəzarət edirik, yəni onların təhlükəsizliyini təmin edirik" deyib. Belə, ki bu polisin funksiyasıdır. Ümumən həmin polis kriminal aləmin kuklası və təbii ki, oliqarxiyanın vassalıdır.

Bir neçə ay öncə "Sasna Tsrer" Post Patrul alayının binasını tutmuşdular, orada plakatlar və qoruyucular aşkar etdilər və jurnalistlərə nümayiş etdirdilər. Aydın oldu ki, bütün bunları polis uyudub"-



Şahin Qocayev
AzVision.az



Teqlər: İrəvan   Etiraz  





Xəbər lenti