Tramp Ermənistana sanksiya tətbiq edir

Tramp Ermənistana sanksiya tətbiq edir
  11 May 2017    Oxunub:2918
Hazırda Ermənistan hakimiyyəti ABŞ səfirliyindən parlament seçkiləri zamanı və bundan əvvəl mülki vətəndaşlara qarşı zorakılıqlar, təqiblər aparan Sarkisyan rejiminin aparıcı simalarından, hakim partiya nümayəndələrindən kimlərin "qara siyahı"ya salınması barədə məlumatlar öyrənməyə çalışır.
AzVision.az erməni KİV-lərinə istinadən bildirir ki, iyul hadisələrində Bağramyan 26 ünvanında keçirilən mitinq zamanı Ermənistan vətəndaşlarına qarşı edilən zorakılıqdan sonra ABŞ həmin şəxslərə qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb. Onlara viza verilməməsi üçün tədbirlər görülüb.

Məlumata əsasən, ABŞ səfirliyi onların qohumlarını da "qara siyahı"ya salmağı planlaşdırır.

Bundan başqa ABŞ səfirliyinin "qara siyahı"sına düşən şəxslərin biznesləri, amerika şirkətləri ilə əməkdaşlıqları və həmin şirkətlərlə həyata keçirəcəkləri birgə investisiya layihələrində də sanksiyalar qoyulacaq.

Şahin Qocayev
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Sarksiya  





Xəbər lenti