Azərbaycan qızıl satışından 20 milyon dollar qazanacaq

Azərbaycan qızıl satışından 20 milyon dollar qazanacaq
  11 May 2017    Oxunub:2519
Azərbaycanda hasil olunan və dünyaca nüfuzlu İsveçrənin “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış 16,1 min unsiya qızıl və 23,7 min unsiya gümüş beynəlxalq birjaya çıxarılıb.
AzVision.az-ın məlumatına görə, bu, indiyədək Azərbaycandan bir dəfəyə həyata keçirilən ən iri həcmli qiymətli metal ixracıdır. Şirkətin satışdan təqribən 20 mln. ABŞ dolları gəlir əldə etməsi gözlənilir.

“AzerGold” bu ilin sonunadək ümumilikdə 160 min unsiya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) qiymətli metal satışını reallaşdırmağı planlaşdırır. Bu, dünyada hazırkı metal qiymətlərini nəzərə aldıqda cəmiyyətin ilin sonunadək gəlir kimi 85 mln. dollardan çox xarici valyutanı ölkə iqtisadiyyatına daxil etməsi deməkdir.

Qeyd edək ki, “AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: AzerGold   Qızıl   Hərrac  





Xəbər lenti