Çində güclü zəlzələ: 180 bina dağıldı, ölənlər var

Çində güclü zəlzələ: 180 bina dağıldı, ölənlər var
  11 May 2017    Oxunub:1813
Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində azı 180 bina tam və yaxud qismən dağılıb.
“RİA Novosti” agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.

Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

AzVision.az


Teqlər: Çin   Zəlzələ   Dağıntı  





Xəbər lenti