Lavrov Trampla görüşdü

Lavrov Trampla görüşdü
  10 May 2017    Oxunub:1751
Rusiyanın ABŞ-da səfərdə olan xarici işlər naziri Sergey Lavrov Ağ evin rəhbəri, prezident Donald Trampla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaraxova bildirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.

Lavrov Trampdan öncə ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb. Tərəflər Suriya və Ukraynadakı vəziyyəti, iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.

***

Ağ Evdə baş tutan görüşdə Tramp Rusiyanın Bəşar Əsəd rejimi və İran üzərindəki təsirini daha da artırmasının vacibliyini bildirilib.

Ağ Evdən verilən yazılı açıqlamada həmçinin Trampın ABŞ ilə Rusiya arasında münasibətlərin daha yaxşı bir nöqtəyə gətirilməsinin lazım olduğunu bildirdiyi qeyd edilir.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Rusiya   Lavrov  





Xəbər lenti