Yeni prezidentdən ilk təyinatlar

Yeni prezidentdən ilk təyinatlar
  10 May 2017    Oxunub:1341
Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn Li Nak Yonu ölkənin baş naziri təyin edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Li Nak Yon daha əvvəl Çolla-Namdo əyalətinin qubernatoru olub.

Məlumata əsasən Mun Çje İn Milli Kəşfiyyat Xidməti, Silahlı Qüvvələrin Baş Qərargahı və Prezidentin Mühafizə Xidmətinə də yeni başçılar təyin edəcək.

Xatırladaq ki, Mun Cje İn mayın 9-da keçirilən növbədənkənar prezident seçkisində 41,1 faiz səs toplayaraq, qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Cənubi-Koreya   Prezident  





Xəbər lenti