Trampla Lavrovun görüşü gözlənilir

Trampla Lavrovun görüşü gözlənilir
  10 May 2017    Oxunub:1179
ABŞ prezidenti Donald Tramp mayın 10-da Vaşinqtonda Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Səfər çərçivəsində Lavrovun ABŞ-ın dövlət katibi Reks Tillersonla danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Lavrovun 9-11 may tarixlərində ABŞ-a səfər edəcəyi barədə məlumat yayılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tramp   Lavrov  





Xəbər lenti