Putin keçmiş müdirini təəccüblədirdi - FOTOLAR

Putin keçmiş müdirini təəccüblədirdi - FOTOLAR
  08 May 2017    Oxunub:8290
Rusiya prezidenti Vladimir Putin 9 may Qələbə günü ərəfəsində 1980-ci illərdə rəhbərliyi altında işlədiyi Almaniya Demokratik Respublikasının (ADR) Dövlət Təhlükəsizliyi Nazirliyi yanında SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin sabiq nümayəndəsi Lazar Matveyevə baş çəkib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Putin keçmiş müdirini 90 illik yubiley münasibətilə təbrik edib.

Putin Matveyevin evinə keçmiş həmkarları, hazırda “Transneft”in rəhbəri olan Nikolay Tokaryev və “Rostex” şirkətinin rəhbəri Sergey Çemezovla birlikdə gedib. Rusiya prezidenti Matveyini yubiley və 9 May Qələbə günü münasibətilə təbrik edib, yubilyarın şərəfinə tost qaldırıb.

Putin Matveyevə hədiyyə olaraq prezident saatı, həmçinin 1927-ci ildə nəşr olunan “Pravda” qəzetinin nüsxəsini təqdim edib.











Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Rusiya  





Xəbər lenti