Venesuelada 40 etirazçı öldürülüb

Venesuelada 40 etirazçı öldürülüb
  06 May 2017    Oxunub:1421
Venesuelada aprel ayının 4-dən davam edən iğtişaşlarda 40 nəfər öldürülüb.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, iğtişaşlar zamanı 717 nəfər xəsarət alıb. Ən çox ölüm faktı paytaxt Karakasda qeydə alınıb - 18 nəfər.

Ölənlərdən 4-ü yeniyetmədir. Müxalifətin 152 nümayəndəsi isə həbs olunub.

Qeyd edək ki, aprelin 4-də Ali Məhkəmə müxalif Milli Assambleyanın hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.

AzVision.az


Teqlər: Venesuela   Etiraz  





Xəbər lenti