Lavrovla Tillerson arasında telefon danışığı olub

Lavrovla Tillerson arasında telefon danışığı olub
  06 May 2017    Oxunub:1228
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata əsasən danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

"Danışlıqlarda diqqət mərkəzində Suriya münaqişəsinin nizamlanması məsələsi olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub”, - məlumatda qeyd edilib.

Tərəflər, həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Lavrov   Tillerson  





Xəbər lenti