Ermənistan ordusunda maxinasiya - Komandir müavini həbs olundu

Ermənistan ordusunda maxinasiya - Komandir müavini həbs olundu
  04 May 2017    Oxunub:3051
Ermənistan hüquq-mühafizə orqanları hərbi hissədə baş verən növbəti maliyyə maxinasiyalarını araşdırır.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, “N” saylı hərbi hissəsinin arxa cəbhə üzrə komandir müavini Vigen Petrosyan, ərzaq xidmətinin rəisi Eduard Aleksanyan və “Avanqard” MMC-nin baş mütəxəssisi Qriqoryan Karen əsgərlər üçün nəzərdə tutulan ərzaqların mənimsənilməsində ittiham edilir.

İstintaq zamanı məlum olub ki, hər üç şəxs əlbir olaraq, dövlətə 2 mln. 799 min dram məbləğində maddi ziyan vurub.

Hazırda Vigen Petrosyan həbs edilib, digər iki nəfər haqqında isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Maxinasiya   Hərbçi  





Xəbər lenti