Sabiq erməni məmur deputatlıqdan imtina edib

Sabiq erməni məmur deputatlıqdan imtina edib
  04 May 2017    Oxunub:2163
Ermənistanın Kotayk vilayətindən deputat seçilən Dövlət Gəlirləri Komitəsinin qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin sabiq rəisi, respublikaçı Samvel Sanamyan mandatından imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata əsasən, Sanamyan seçki vaxtı Sarkiyanın partiyasına səslər gətirmək, deputat olmaq üçün küllü miqdarda pul xərcləyib.

Təxmini hesablamalara görə, o, seçicilərdən səs almaq üçün 260 milyon dram paylayıb.

“Joğovurd” qəzeti Sanamyandan bu qədər xərcdən sonra niyə mandatdan imtina etməsinin səbəbini soruşub.

“Müsahibə vermək istəmirəm, mən seçicilərimin yanındayam, seçicilərimin yanında da qalacağam"- deyə o, bildirib.

Xatırladaq ki, daha öncə Sarkisyanın təlimatı ilə səslərin oğurlanması, respublikaçı namizədlərin səslərinin digərlərinə hesablanması haqda ətraflı məlumat vermişdik.

Görünür, Sarkisyan indi də istifadə etdiyi, hətta seçkilərdə lazimi qədər səs toplayan namizədləri oyundan uzaqlaşdırmağa başlayıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti