Tramp İsraillə Fələstini barışdırmaq istəyir

Tramp İsraillə Fələstini barışdırmaq istəyir
  04 May 2017    Oxunub:1143
ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbasla görüşüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ evdə keçirilən görüşdən sonra liderlər mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

"Fələstinlə İsrail arasında sülh razılığının əldə olunmasını arzulayıram. Ümid edirəm ki, bu ölkələr arasında barış olacaq"-deyə Tramp bildirib.

M.Abbas isə deyib: "İsrailin torpaqlarımızın işğalına son verməsinin zamanıdır. Biz iki dövlət arasında sülh istəyirik".

AzVision.az


Teqlər: ABŞ   Tramp   İsrail   Fələstin  





Xəbər lenti