Putinlə Ərdoğanın görüşü 3 saatdan çox çəkib - VİDEO

Putinlə Ərdoğanın görüşü 3 saatdan çox çəkib - VİDEO
  03 May 2017    Oxunub:2174
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən danışıqlar başa çatıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqlar üç saatdan artıq davam edib.

Rusiya liderinin Soçidəki “Boçarov ruçey” iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüş keçiriblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb.

“Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq”-deyə Putin vurğulayıb.



AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Ərdoğan   Putin  





Xəbər lenti