Rusiyanın Gümrüdəki bazasında etiraz: Maaşlar verilmir

Rusiyanın Gümrüdəki bazasında etiraz: Maaşlar verilmir
  03 May 2017    Oxunub:1682
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının kommunal xidmət işçiləri etiraz ediblər.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbi bazanın 100-ə yaxın işçisi tətilə başlayıb və bu gündən işə çıxmayıblar. Onlar 3 ay ərzində əmək haqqı üzrə borcu ödəməyi tələb ediblər.

Tətil edən işçilər bazanın qapısına qədər gəlib komandanlıqla görüş tələb ediblər. Onlara bazanın ərazisinə daxil olmağa imkan verilməyib.

Mənbə iddia edir ki, baza Rusiyadan maliyyələşir, lakin dramla maaş verilir. Onlar maliyyələşləməni təqdim edən şirkətin müflis olduğunu iddia edirlər.

Aksiya iştirakçılarından biri deyib ki, son iki ayda onlarla əmək müqaviləsi bağlanılmayıb: "Qorxuruq ki, bunu əlində bayraq tutaraq bizə məvacib verməsinlər. Üç aydır bizə maaş verilməyib, aprelin əmək haqqısını mayın 15-dək verməliydilər, amma bizə pulun olub-olmayacağı ilə bağlı kimsə heç nə demir. Pul Moskvadan göndərilib, amma hələ hesabımıza köçməyib. "

Daha sonra 102-ci hərbi bazanın komandiri Vladimir Yelkanov əməkdaşlarla görüşmək üçün əraziya çıxıb. O, etirazçıların şikayətlərini dinlədikdən sonra problemlərdən xəbərsiz olduğunu deyib və bu məsələni həll edəcəyinə söz verib.

Vladimir Yelkanov, həmçinin qeyd edib ki, yaranmış problemin müzakirəsi üçün borc almış şirkətlərin nümayəndələrini dəvət edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti