İranda faciə: 21 nəfər ölüb (Yenilənib)

İranda faciə: 21 nəfər ölüb (Yenilənib)
  04 May 2017    Oxunub:2113
İranın Qolestan vilayətində kömür mədənində baş verən partlayış nəticəsində 21 nəfər ölüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 30-a yaxın insan hadisə zamanı yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

***
(16:00)

İranın şimal-qərbində yerləşən kömür mədənində partlayış olub.

AzVision.az “İRNA”ya istinadən xəbər verir ki, bunu Gülüstan ostanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Sadiq Əli Mokaddam deyib. Onun sözlərinə görə, hadisə Azadşəhr şəhəri yaxınlığında baş verib.

“Partlayış nəticəsində 40-50 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir” –deyə, Sadiq Əli Mokaddam bildirib.

Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Xilasedicilər dağıntılar altında qalan şəxsləri xilas etmək üçün əməliyyatlara başlayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran  





Xəbər lenti