Türklərə qənim kəsilən terrorçu həbs olundu

Türklərə qənim kəsilən terrorçu həbs olundu
  03 May 2017    Oxunub:1403
Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlıları (bordo bereliler) PKK-nın şəhər təşkilatı sayılan “TAK”-ın komandiri, “Doktor Aydın” kod adlı terrorçunu həbs edib.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, peşmərgə silahlılarının iştirak etidyi əməliyyatda əsl adı Hacı Türmak olan terrorçu Şimali İraqda ələ keçib.

Məlumata görə, həbs edilən terrorçu 59 terror aktının təşkilində şübhəli bilinir. Onlardan ən böyüyü ötən ilin dekabrında Kayseri şəhərində törədilib.

Həmin terror aktında 17 nəfər həlak olub, 55 nəfər yaralanıb.

Qruplaşmanın lideri 19 il ərzində terror təşkilatları ilə əməkdaşlıq edib və partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssis olub. Həbsdən sonra o, Türkiyəyə gətirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   terror   PKK  





Xəbər lenti