Putinin generalı İrəvanda danışıqlar aparır

Putinin generalı İrəvanda danışıqlar aparır
  03 May 2017    Oxunub:2064
Rusiya Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəis müavini, general-mayor Vitali Koxun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər Ermənistan və Rusiya müdafiə nazirlərinin ikitərəfli əməkdaşlığının 2017-ci il proqramı çərçivəsində baş tutub.

Səfər zamanı Ermənistan ərazisində Rusiya Müdafiə Nazirliyi hərbi polis orqanlarının fəaliyyəti, erməni-rus hökumətlərarası saziş layihəsi, həmçinin hərbi polis bölmələrinin funksiyaları ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti